Yaponiyada təxminən 2 min reys təxirə salındı - SƏBƏB | Eurasia Diary - ednews.net

14 Oktyabr, Bazar ertəsi


Yaponiyada təxminən 2 min reys təxirə salındı - SƏBƏB

Dünya A- A A+

Yaponiyada "Hagibis" qasırğası səbəbindən 1929 aviareys təxirə salınıb.

Eurasia Diary "trend"ə istinadən xəbər verir ki, beynəlxalq istiqamətlərdə "Japan Airlines Corporation" (JAL), "All Nippon Airways" (ANA) və "Peach Aviation" aviaşirkətləri 262 aviareysi, daxili istiqamətlərdə isə JAL və ANA aviaşirkətləridə daxil olmaqla 13 aviadaşıyıcı 1667 aviareys təxirə salıb.

Qeyd edək ki, "Hagibis" qasırğası hazırda saatda 25 kilometr sürət ilə cənub-şərqdən Yaponiya tərəfə hərəkət edir. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 65 metrə çatır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...