Makqarkdan şok açıqlama - "Türkiyə ABŞ əsgərlərini qəsdən vurdu" | Eurasia Diary - ednews.net

14 Oktyabr, Bazar ertəsi


Makqarkdan şok açıqlama - "Türkiyə ABŞ əsgərlərini qəsdən vurdu"

Dünya A- A A+

Türkiyə Suriyanın şimalında ABŞ-ın müşahidə məntəqəsini vurdu.

Eurasia Diary xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyasının xüsusi nümayəndəsi Bred Makqark çıxış edib.

“Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargah Rəhbərliyinin təsdiq etdiyi kimi, bütün koordinatlarımızı bilirdi. Bu hücum yanlışlıqla ola bilməz”, – Makqark vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə Türkiyə ordusunun yanlışlıqla ABŞ hərbçilərinin olduğu müşahidə məntəqəsini vurduğu barədə məlumat yayılıb. Ancaq Türkiyə XİN yayılan məlumatı geniş bir şəkildə təkzib edib:

“ABŞ müşahidə məntəqəsindən təxminən min metr cənub-qərbdəki yüksəkliklərdən Suruçun cənubundakı sərhəd məntəqələrimiz DŞK-dan və toplardan atəşə tutulub. Müdafiə məqsədilə atışların həyata keçirildiyi terrorçuların mövqeləri hədəf alınıb. ABŞ-ın müşahidə məntəqəsindən söhbət belə gedə bilməz. Cavab atəşindən öncə ABŞ-ın müşahidə məntəqəsinin zərər görməməsi üçün hər cür tədbir görülüb. Məsələ ilə bağlı ABŞ tərəfinin əlaqəsindən sonra atəş dayandırılıb. ABŞ-a və koalisiyaya zərər verilməsindən qətiyyən söhbət belə gedə bilməz”.  (axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...