SON DƏQİQƏ - Türk ordusu kritik nöqtəyə çatdı | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


SON DƏQİQƏ - Türk ordusu kritik nöqtəyə çatdı

Dünya A- A A+

Türk Silahlı Qüvvələri (TSK) və Suriya Milli Ordusunun (SMO) “Sülh çeşməsi” əməliyyatı davam edir.

Eurasia Diary-nin məlumatına görə, əməliyyat çərçivəsində Suriya Milli Ordusu kritik əhəmiyyət daşıyan M-4 avtomobil yoluna çatıb.

Xatırladaq ki, bu magistral yolun nəzarətə götürülməsi Türkiyə baxımından çox vacib hadisə sayıla bilər. Suriya-İraq sərhəddinin yaxınlığından keçən M-4 şosesi bir növ YPG terror təşkilatına lojistik dəstək saxlayırdı.

Azad Suriya Ordusunun M-4 şosesinə nəzarəti əldə etməsi YPG-nin durumunu bir qədər də çətinləşdirəcək. (teleqraf.com)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...