Xameneidən gözlənilməz AÇIQLAMA: - "Atom bombası..." | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Xameneidən gözlənilməz AÇIQLAMA: - "Atom bombası..."

Dünya A- A A+

“Biz atom bombası istehsal edə bilərik, lakin bunu etmirik. Çünki dinimizə görə kütləvi qırğın silahının istehsalı haramdır”.

Eurasia Diary xəbər verir ki, bunu İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei gənc alimlərlə görüşündə deyib.

O bildirib ki, İran elmi və tibbi məqsədlər üçün nüvə tədqiqatlarını davam etdirməlidir.

“İran bomba istehsal etmək istəməsə də, düşmənlərin təzyiqinə məruz qalır. Əslində onların dərdi İranın bomba hazırlamaq bacarığı deyil. Onlar İranın neftinə, qazına və digər sərvətlərinə sahib çıxmaq istəyirlər. Lakin İran xalqı düşmənlərin qarşısında heç vaxt baş əyməyəcək”, - deyə Xamenei bildirib. (modern.az)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...