Tunisdə prezident seçkilərinin ikinci turu keçirilir | Eurasia Diary - ednews.net

17 Noyabr,


Tunisdə prezident seçkilərinin ikinci turu keçirilir

Dünya A- A A+

Bu gün Tunisdə prezident seçkilərinin ikinci turu keçirilir.

Eurasia Diary-nin “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə səsvermə hüququna malik 7 milyondan çox seçici var.

İkinci turda Konstitusiya hüququ üzrə professor Kais Səid və mediamaqnat Nabil əl-Kauri mübarizə aparır. Seçki məntəqələri yerli vaxtla saat 18.00-da bağlanacaq. Exit-pollun nəticələri də səsvermə başa çatdıqdan sonra dərhal elan ediləcək.

Seçkilərin yekun nəticələri oktyabrın 21-nə qədər açıqlanacaq.

Qeyd edək ki, Tunisdə növbədənkənar prezident seçkilərinin birinci turu sentyabrın 15-də keçirilib. Növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbi 92 yaşlı dövlət başçısı Əl-Baci Qaid as-Sebsinin vəfat etməsi olub.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...