Maqnit qasırğası gözlənilir | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


Maqnit qasırğası gözlənilir

Dünya A- A A+

Son günlər hava şəraiti metohəssas insanların səhhəti üçün heç bir problem yaratmayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Eurasia Diary-ə verilən məlumata görə, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit keçib.

14-16 oktyabr tarixlərində də Günəş fəallığının çox aşağı səviyyədə qalacağı bildirilib.

Məlumata görə, proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik, lakin qısa fasilələrlə ilk iki gün ərzində fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (14 oktyabr) 5%-dən, qalan iki gün isə (15, 16 oktyabr) 1%-dən aşağı qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...