İŞİD-in ən təhlükəli 50 döyüşçüsü - Türkiyə ordusu addım-addım onlara yaxınlaşır | Eurasia Diary - ednews.net

16 Noyabr, Şənbə


İŞİD-in ən təhlükəli 50 döyüşçüsü - Türkiyə ordusu addım-addım onlara yaxınlaşır

Dünya A- A A+

ABŞ Suriyada onlarla təhlükəli terrorçunu saxlamağa məcbur qalıb. 

Bunlar İŞİD terror təşkilatının ən təhlükəli döyüşçüləri siyahısında yer alan 50-yə yaxın şəxsdir. Bu şəxslər kürd silahlı birləşmələrinin nəzarətində olan ərazilərdəki həbsxanalarda saxlanılır.

Eurasia Diary xəbər verir ki, bu barədə “The New York Times”a bir neçə yüksək rütbəli amerikalı məmur məlumat verib.

Məlumata görə, ABŞ onları əvvəlcədən müəyyən olunmuş plana əsasən Suriyadan çıxartmaq istəyib, ancaq Türkiyənin başlatdığı “Sülh çeşməsi” əməliyyatı buna mane olub.

Qəzet iddia edir ki, bazar günü 700-ə yaxın ekstremist öz ailəsi ilə Suriyanın şimalında müvəqqəti saxlanma yerindən qaçıb.

Xatırladaq ki, Türkiyə əmliyyatı oktyabrın 9-da başladıb.  (cebhe.info)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...