“Türkiyənin Suriyanın şimalında keçirdiyi “Sülh çeşməsi” əməliyyatı sabah Bakıda dövlət başçılarının iştirakı ilə keçiriləcək Türk Şurasının VII Zirvə Görüşündə müzakirə oluna bilər”.
Eurasia Diary-nin məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra təşkil olunmuş mətbuat konfransında Xarici İşlər Nazirinin müavini Ramiz Həsənov bildirib.
R. Həsənov deyib ki, bu gün Azərbaycan Türkiyənin Suriyanın şimalında keçirdiyi “Sülh çeşməsi” ilə bağlı mövqeyini bəyan edib: “Ancaq məsələ bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirə olunmayıb”. (apa)