Azərindən mehmetçikləri duyğulandıran - VİDEO | Eurasia Diary - ednews.net

18 Noyabr, Bazar ertəsi


Azərindən mehmetçikləri duyğulandıran - VİDEO

Dünya A- A A+

Azərin “Sülh çeşməsi” Hərəkatının mehmetçiklərini ruhlandırmaq üçün video paylaşıb.

Eurasia Diary xəbər verir ki, müğənninin instaqramda paylaşdığı video qısa müddətdə böyük reaksiya toplayıb.

Türk əsgərlərinə dəstək olduğunu deyən sənətçi duyğularını belə ifadə edib: “Sizi Bakıdan salamlayıram. Bütün qəlbimlə son nəfəsimə qədər Türk silahlı qüvvələrini, “Sülh çeşməsi” Hərəkatını dəstəkləmək və bu səsimizi çatdırmaq istəyirəm. Bayraqlarımız yan-yanadır, Türkiyə ilə Azərbaycan arasında heç bir fərq yoxdur. Ora da bizim vətənimizdir, Azərbaycan da bizim vətənimizdir. Bayraqlarımız neçə-neçə illər yan-yana dalğalanacaq və son nəfəsimizə qədər Türkiyə deyəcəyik. Peyğəmbər ocağı olan Mehmetçimiziği dəstəkləyəcəyik. İnşallah bir hədəfimiz var Turan, Qızıl Alma”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...