Vaşinqtonla Ankara arasında “soyuq küləklər” - Türkiyədən 50 nüvə bombası çıxarılacaq | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Vaşinqtonla Ankara arasında “soyuq küləklər” - Türkiyədən 50 nüvə bombası çıxarılacaq

Dünya A- A A+

Suriyada keçirilən “Barış mənbəyi” əməliyyatı fonunda ABŞ-Türkiyə münasibətləri pisləşməkdə davam edir.

Eurasia Diary xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün Dövlət Deparatamenti və Energetika Nazirliyi Pentaqon nümayəndələri ilə görüşüb. Görüşdə Türkiyədə yerləşən və ABŞ-a məxsus “İncirlik” aviabazasındakı 50 taktiki nüvə bombasının çıxarılması müzakirə olunub.

ABŞ hakim dairələri bu addımın Anlara-Vaşinqton münasibətlərinin faktiki sonu olacağını düşünür. Türkiyə oktyabrın 9-da Suriyanın şimal-şərqində hərbi əməliyyatlara başlayıb. Ankara “Xalq Özünümüdafiə Dəstələrini” (YPG) və “Suriya Demokratik Qüvvələri” ni (SDF) öz sərhədlərindən kənara çəkməyi planlaşdırdıqlarını bildirib.

ABŞ Türkiyənin Müdafiə Nazirliyi və Energetika Nazirliyinə qarşı sanksiyalar tətbiq edib. Nazirlər Hulusi Akara və Fatih Dönməz, həmçinin daxili işlər naziri Süleyman Soylu sanksiya siyahısına düşüb. (modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...