ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə gedir | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə gedir

Dünya A- A A+
Bu gün ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcəklər.
 
Eurasia Diary xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
 
O bildirib ki, M. Pens və M. Pompeo Türkiyədən atəşkəs tələb edəcəklər.
 
“Türkiyəyə və başqalarına qarşı sərt davranacağıq. Sülh və təhlükəsizliyi davam etdirmək məcburiyyətindədirlər. Pens və Pompeonun yer aldığı nümayəndə heyəti Türkiyədən atəşkəs tələb edəcək”, - deyə ABŞ Prezidenti vurğulayıb.
 
Səfər zamanı Suriya məsələsinin müzakirə olunacağı bildirilir.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...