Kürd politoloqun xoflu açıqlaması - Türkiyə oraya gələrsə… | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Kürd politoloqun xoflu açıqlaması - Türkiyə oraya gələrsə…

Dünya A- A A+

Kürd qüvvələrin Suriyanın şimalından çıxarılması hökumət qüvvələrinin iştirakı ilə mümkündür.

Eurasia Diary xəbər verir ki, bu sözləri kürd əsilli politoloq Reyzan Xedu Türkiyə və ABŞ-ın Suriya ilə bağlı atəşkəs razılaşmasını şərh edərkən deyib.

“Əgər Suriya ordusu Pensin dediyi kimi, Suriya Demokratik Qüvvələrinin (SDQ) yerini tutarsa, o zaman bu, müsbətyönümlü addımdır. Lakin Türkiyə ordusu, yaxud onların “milli ordu” adlandırdıqları (Suriya Milli Ordusu nəzərdə tutulur – red.) burada yerləşdirilərsə, bu halda regionun demoqrafiq vəziyyəti dəyişəcək”, – deyə politoloq bildirib.

O iddia edib ki, Suriyanın şimal-şərqindəki əhali Türiyənin hakimiyyəti altında yaşamaq istəməyəcək.

Qeyd edək ki, ötən gün Türkiyə lideri Ərdoğanla AŞ vitse-prezidenti Pens arasında əldə edilən razılaşmasına görə, Türkiyə 120 saat ərzində “Sülh çeşməsi” əməliyyatını dayandıracaq. Əvəzində YPG-nin başçılıq etdiyi SDQ qüvvələri Suriyanın şimal-şərqindən geri çəkiləcək və ağır silahlar onlardan alınacaq.  (axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...