ABŞ-dan işğalçıya daha bir dəstək - Ermənilər Ağ Ev üçün niyə bu qədər dəyərlidir? | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


ABŞ-dan işğalçıya daha bir dəstək - Ermənilər Ağ Ev üçün niyə bu qədər dəyərlidir?

Dünya A- A A+

Hər zaman ermənipərəst mövqe sərgiləyən, zaman-zaman işğalçı ölkəyə ciddi maliyyə yardımları göstərən ABŞ, bu kəs işğalçı Ermənistan ordusu ilə bağlı yeniliyə imza atıb.

Eurasia Diary erməni mənbələrinə istinadən xəbər verir ki, bu günlərdə ABŞ-da istehsal olunan ilk tibbi yardım dəstlərinin Ermənistana göndərilməsi prosesi həyata keçirilib. ABŞ-dan göndərilən ilk yardım dəstləri bilavasitə ön xətdəki erməni hərbi hissələrinə göndərilib.

Ilk tibbi yardılm dəstləri ilə yanaşı, bəzi tibbi avadanlıqların da Ermənistana yola salındığı bildirilir.

Məlumat üçün qeyd edək ki, maliyyə baxımından böyük sıxıntılar yaşayan Ermənistanda hərbçilərin sosial təminatı ilə yanaşı, tibbi təminatı ilə bağlı da ciddi problemlər mövcuddur. Məhz bunun nəticəsidir ki, rəsmi İrəvan ordu üçün gərəkli olan ilk tibbi yardım dəstlərinin ianələr hesabına təşkilinə çalışır, bu yolla dövlətin üzərinə düşən maliyyə yükünü azaltmağa cəhd edir. 

ABŞ istehsalı olan ilk tibbi yardım dəstlərinin Ermənistan göndərilməsində də bu ölkədəki erməni diasporunun fəal rol oynadığı vurğulanır.  (moderator.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...