Gürcüstanın “Rustavi 2" telekanalının sabiq aparıcısı Giorgi Qabunia prokurorluqda şahid qismində dindirilib.
Eurasia Diary-nin Gürcüstan bürosunun xəbərinə görə, G. Qabunia “Rustavi 2” telekanalının sabiq baş direktoru Nika Qvaramia və həmkarlarının işi ilə əlaqədar prokurorluğa dəvət olunub.
G. Qabunia qeyd edib ki, prokurorluq N. Qvaramianın həbsinə çalışır və bu məqsədlə müxtəlif dəlillər toplayır: “Dindirilmə həmkarlarımın işi ilə bağlıdır. Nika Qvaramianı həbs etmək cəhdləri var". (apa)