"Qərb hədəfinə çatmadı: PKK/YPG planı baş tutmadı..." - Soylu | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


"Qərb hədəfinə çatmadı: PKK/YPG planı baş tutmadı..." - Soylu

Dünya A- A A+
Sevinərək deməliyik ki, Qərbin Suriyada apardığı siyasət hədəfinə çatmayıb. Türkiyəni PKK və YPG-yə öyrəşdirmək cəhdləri alınmayıb. Həvəsləri varsa, alsınlar, öz ölkələrində qarşılasınlar.
 
Eurasia Diary xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib.
 
"Bizə Yaxın Şərqdə planlarını dürtmək və terror dövlətini qəbul etdirmək üçün hər şeyi yoxladılar. Çevriliş etməyə qalxdılar, bacarmadılar. İçəridəki terroru azdırmaq istədilər, bacarmadılar. Ölkədə stabilliyi pozmaq, siyasi sahədə xaos yaratmaq istədilər, ancaq bacarmadılar. İqtisadiyyatımıza hücum etdilər, valyuta əməliyyatları apardılar, yenə bacarmadılar. Türkiyəni həzm etmədilər, ölkəmizi susdura bilmədilər. Həm Prezidentimizin qətiyyətli mövqeyi, müdrik liderliyi, həm də millətimizin artıq bu işin yekunlaşmasına yönəlik iradəsi bizi bu çeşmənin başına gətirdi", - Soylu vurğulayıb.(axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...