Ermənistan qeydiyyatında olan “An-72” təyyarəsi qəzaya uğradı

Dünya 10:36 21.10.2019

Oktyabrın 10-u EK-72903 qeydiyyat nömrəli, Ermənistan qeydiyyatında olan “An-72” təyyarəsi Konqo Demokratik Respublikasında qəzaya uğrayıb.

Eurasia Diary-nin məlumatına görə, qəzada bütün ekipaj üzvləri – Rusiya, Ukrayna və Qazaxıstan vətəndaşları həlak olublar.

“Nastoyaşaya vremya” qəzetinin yazdığına görə, qəzaya uğrayan təyyarənin sahibi, eyni zamanda bir neçə təyyarənin sahibidir, Konqoda və offşor zonada qeydiyyatdan keçmiş “South Airlines CO” şirkətinin sahibi olan erməni əsilli rusiyalı iş adamı Vahram Simonyandır.

Nəşrin məlumatına görə, Konqoda baş verən hadisədən sonra Ermənistan hakimiyyəti təyyarənin saxta qeydiyyat nömrələri altında uçduğunu bildirib. Bort iki il əvvəl erməni reyestrindən çıxarılıb. Bununla yanaşı, “Hetq” erməni nəşrinin jurnalistləri Vahram Simonyanın təyyarələrinin silah qaçaqmalçılığı ilə məşğul olduğunu araşdırıblar.

“Afrikada – Somalidə, Darfurda, Cənubi Sudanda, Konqoda işləyən beynəlxalq təşkilatların işçiləri Vahram Simonyanın təyyarələrinin Konqoya uçması və bu ölkənin ordusu üçün çalışması barədə mənə məlumat veriblər. Bir neçə il əvvəl mənə onun Darfurda işlədiyini dedilər. O, hökümət ordusu, yəni Xartumdakı hakimiyyət üçün yük daşıyıb. Somalidə, Cənubi Sudanda, hazırda isə Konqoda işləyir. BMT-nin mütəxəssislər heyəti Vahramdan soruşub ki, o, hansı növ yük daşıyır, məsələn, Darfurdan. O isə öz növbəsində bunun humanitar yük olduğunu deyib. Lakin BMT ekspertləri bunun humanitar yük deyil, şəxsi heyət olduğunu aydınlaşdırıblar. Hərbi və ya mülki, bunu demək çətindir ”, – deyə “Hetq.am” saytının araşdırmaçı jurnalisti Vahe Sarukhanyan bildirir.

Bundan əvvəl South Airlines CO Seyşel adalarında qeydiyyatdan keçib, baş ofisi BƏƏ-də yerləşib. Şirkət “Panama Papers” sızması ilə ortaya çıxıb – məlum olub ki, Vahram Simonyan “South Airlines CO”-nun sahibidir. Bu şirkət ilk Maydan ərəfəsində Ukrayna prezidentinin dövlət idarəsindən satın alınan iki “İl-76” və “An” təyyarəsinə sahib olub.

Sonradan məlum oldu ki, erməni qeydiyyatı olan təyyarələr üçüncü şəxs olaraq Simonyanın Ermənistanda qeydiyyatdan keçmiş “Skiva Air” şirkətinin sərəncamında olub.

“Conflict Armament Research”mütəxəssisləri  2018-ci ildə bir araşdırma yayımlayıb: “Cənubi Sudanın silahlı qüvvələrinə kim silah verir”. Ölkədə vətəndaş müharibəsi gedir, buna görə Cənubi Sudan və onun ordusuna qarşı beynəlxalq embarqo tətbiq edilib.

BMT və “Conflict Armament Research” mütəxəssisləri Ermənistanda qeydiyyata alınan ən az dörd təyyarənin 2014-cü ildə Cənubi Sudan ordusunu təchiz etmək üçün istifadə olunduğuna dair sübutlara malikdir.

Vahram Simonyanın firmalarından biri keçmiş Moskva vilayətinin rəsmisi, Kaşirski rayonunun rəhbəri Dmitri Bobrovla əlaqəli olan “Rus Sobor MMC” ilə əməkdaşlıq edib. Afrikada Ermənistan vətəndaşlarına aid və ya əlaqəli digər daşıyıcılar da olub. 30 noyabr 2012-ci il tarixində, IL-76 Ridge Airways təyyarəsi Konqo Respublikasının paytaxtı Brazzavilldə Maya-Maya Hava Limanından 500 metr məsafədə, yaşayış məntəqəsində qəzaya uğrayıb. Pilotlar-beş Ermənistan vətəndaşı və 32 sərnişin həlak olub. Sənədlərə əsasən, “Ridge Airways”i yüksək rütbəli hərbçinin – Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Galstyanın həyat yoldaşı  tərəfindən idarə olunduğu məlum olub.

Konqoda fəlakətdən bir qədər əvvəl, 9 oktyabrda daha bir hadisə baş verib. Somalidə “An” tэyyarəsinin Mogadişo Hava Limanına enərkən, şassi açılmayıb. Lakin qəza zamanı təyyarədə heç kim zərər görməyib.

Təyyarə Ermənistanın “Mars Avia” aviaşirkətinə məxsusdur: Ermənistan vətəndaşının adına qeydiyyata alınıb, nəşr həmin adamın Simonyanın partnyoru olduğunu bildirir. Təyyarələr isə yuxarıda göstərilən “Skiva Air”də qeydə alınıb. Ümumilikdə, Ermənistanla əlaqəli olan və Afrikada fəaliyyət göstərən aviaşirkətlər iyirmidən çox müxtəlif növ təyyarələrə malikdir.   (cebhe.info)

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı