Türk Silahlı Qüvvələri 17 oktyabr 2019 tarixində Türkiyə ilə ABŞ arasında əldə edilmiş anlaşma çərçivəsində, PKK/YPG terrorçularının 120 saat içərisində bölgədən çıxışını yaxından təqib edir. Türkiyə terrorçuların bölgədən çıxışını ABŞ-la birgə koordinasiya edir.
Eurasia Diary-nin məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi bəyan edib.
Bildirilib ki, bu çərçivədə indiyə qədər bölgədən 136 maşın çıxış edib.
“ABŞ ilə aparılan razılığa baxmayaraq PKK/YPG terrorçuları 17 oktyabr 2019, saat 22.00-dan etibarən ümumilikdə 42 dəfə razılaşmanı pozaraq hücum həyata keçirib. Məsələ ilə bağlı ABŞ hərbi rəsmiləri ilə yaxından əlaqələndirmə davam etdirilir”, - deyə nazirliyin bəyanatında bildirilib. (modern.az)