Türkiyənin Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Türkiyə ilə Rusiya arasında imzalanan Soçi razılaşması çərçivəsində “Süılh Çeşməsi” əməliyyatı xaricində yeni bir əməliyyatın həyata keçirilməsində ehdiyac qalmadığı qeyd edilib.
Eurasia Diary-nin məlumatına görə, Nazirlikdən verilən açıqlamada “Sülh Çüşməsi” əməliyyatı ilə laqədar 6 madəlik bəyanat verilib. Bəyanatda Amerika ilə əldə edilən razılaşmaya əsasən 120 saat müddətində razılaşmada göstərilən bütün prinsiplərin yerinə yetirildiyi qeyd edilib. Terrorla mübarizə inamla davam etdiriləcək.
Nazirlikdən verilən açıqlamada həmçinin Türkiyənin ABŞ-la əldə edilən razılaşmanın bütün prinsiplərinin 120 saat müddətində yerinə yetirildiyi bildirilib.
Yəni, ABŞ Türkiyəyə verdiyi sözü yerinə gətirib. YPG-PKK-PYD terror qüvvələri Sülh Çeşməsi əməliyyatının əhatə dairəsini tərk edib. Türkiyənin Suriya ilə sərhədlərində terror ünsürlərinin varlığı aradan qaldırılıb.
Türkiyənin Müdafiə Nazirliyindən verilən açıqlamada həmçinin terrorla mübarizənin inamla davam etdiriləcəyi ifadə edilib.