Suriyanın Rasulayn bölgəsində Terror təşkilatı YPG-PYD-PPK atəşkəsi pozub.
Eurasia Diary xəbər verir ki, nəticədə 1 türk əsgəri şəhid olub, 5-i yaralanıb.
Qeyd edək ki, 22 oktyabrda Türkiyə və Rusiya arasında imzalanan Soçi razılaşmasına görə YPG-PYD-PPK terrorçularına "Sülh Çeşməsi" əməliyyatının əhatə dairəsini tərk etmələri üçün 150 saatlıq möhlət verilmişdi.