Türkiyəni 9 yerə parçalamaq cəhdləri Cümhuriyyətin 96 yaşı tamam olur

Dünya 09:48 29.10.2019

Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasından 96 il ötür. 

Eurasia Diary xəbər verir ki, 1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edirlər. 

Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verir. 

1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanır.

Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayırlar.

1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilir.

Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatır. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunur. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilir. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınır. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisində Mustafa Kamala "Atatürk" soyadı verilir.

Həmin dövrdə Türkiyə və Azərbaycanın əlaqələri haqqında Modern.az-a danışan tarixçi Nəsiman Yaqublu qeyd edib ki, o dövrdə vəziyyət olduqca mürəkkəb idi. Onun sözlərinə görə, beynəlxalq dövlətlərin Türkiyəyə qarşı “səlib yürüşləri” davam edirdi:

“Xüsusilə, Sevr müqaviləsinin şərtlərinə görə, Türkiyəni az qala 9 yerə parçalamaq cəhdləri var idi. Bu vəziyyət qurtuluş savaşına aparırdı. Belə durumda Türkiyənin Qafqazda yaranmış dövlətlərə, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinə ciddi kömək etməsi qeyri-mümkün idi.

Vəziyyətin gərginliyi Türkiyəni həmin dövrdə bolşevik Rusiyası ilə yaxınlaşmaq məcburiyyəti qarşısında qoydu. Azərbaycanı da işğal etmiş Rusiya ilə Türkiyənin yaxınlaşması müəyyən siyasətçilərimizdə narazılıq yaratsa da, onlar başa düşürdülər ki, bu qaçılmaz durumdur. Məhəmməd Əmin Rəsulzadənin həmin dövrdə “Qurtulan Şərqin simvolu” məqaləsi dərc olundu. Atatürkdən bəhs edən bu məqalədə M.Ə.Rəsulzadə başa düşərəkdən etiraf edirdi ki, Türkiyə həmin Rusiya ilə yaxınlaşmağa məcbur idi. Rusiya isə Türkiyənin düşdüyü bu vəziyyətdən və beynəlxalq şəraitdən istifadə edərək, ətrafındakı keçmiş çar Rusiyası bölgələrində işğal planını davam etdirirdi. O cümlədən Azərbaycanı işğal etdi”.

N.Yaqublu söyləyib ki, Türkiyənin qurtuluş savaşına, Cümhuriyyətin yaradılmasına, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, görkəmli şəxslərin münasibəti müsbət olub:

“Məsələn, Əhməd bəy Ağaoğlu böyük sevgisi ilə qeyd edirdi ki, Türkiyə Cümhuriyyəti yaradılıb. Əli bəy Hüseynzadə də müasir, modern Türkiyə Cümhuriyyətinin qurulmasını müsbət qarşılayırdı. Təbii ki, Sovet Azərbaycanının o dövrdə Türkiyə ilə əlaqələri ancaq Rusiya vasitəsilə mümkün idi. Müsbət əlaqələr sistemi yox idi.

1925-ci ildə Türkiyənin axırıncı səfiri Azərbaycan ərazisindən çıxıb getmək məcburiyyətində qaldı. Çünki artıq Azərbaycan yox, Moskva var idi. Türkiyə səfirinin ölkəmizdə qalması Bakıda deyil, Moskvada saxlanması anlamına gəlirdi. Ona görə, səfir öz fəaliyyətini yekunlaşdırıb, ölkəmizi tərk etdi. Bununla Azərbaycan və Türkiyə arasında birbaşa diplomatik əlaqələr tamamilə kəsildi, ancaq Moskva vasitəsilə əlaqə qurmaq olardı.

İstənilən halda Türkiyədəki inkişafa Azərbaycanın münasibəti müsbət idi. İndi də böyük sevgi ilə yanaşırıq. Hər il Türkiyə Cümhuriyyətinin Respublika günü qeyd edirilir və biz də buna şərik oluruq. Nə yaxşı ki, Türkiyə kimi dövlət var və mövcuddur”.(Modern.az)

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Hamısı