Dünyanın “1 nömrəli terrorçuları” ABŞ onların çoxunu tapa bilmir - SİYAHI

Dünya 13:55 29.10.2019

Oktyabrın 26-da ABŞ xüsusi təyinatlıları Suriyanın İdlib vilayətində dünyanın “1 nömrəli terrorçu”su Əbu Bəkr əl-Bağdadini məhv etdi. Bu barədə prezident Donald Tramp xalqa xüsusi müraciətində elan etdi. Bağdadi son illər dünyada ən çox axtarılan terrorçu idi.

Eurasia Diary əl-Bağdadiyə qədər ABŞ-ın bütün dünyada axtardığı, başı üçün milyonlarla dollar qoyduğu “1 nömərli terrorçu”ların siyahasını xronoloji ardıcıllıqla təqdim edir.

Əli Atva – ABŞ-ın axtarışa verdiyi və 1985-ci ildə dünyanın “1 nömrəli terrorçu”su halına gələn şəxsdir. Livan vətəndaşı olan Atva “Hizbullah” qruplaşmasının üzvü kimi Afinadan Romaya uçan “Boinq 727” təyyarəsini 3 silahdaşı ilə ələ keçirərək 153 sərnişin və heyət üzvünü girov götürməkdə təqsirləndirilir. Laynerdə ABŞ vətəndaşı olduğunu bildikləri hərbçi Robert Stethemi qətlə yetirən terrorçular danışıqlardan sonra təyyarəni sərbəst tərk etmişdilər. Terrorçu qrupun ələ keçməyən 2 üzvündən biri olan Əli Atva 1985-ci ildə qısa müddətə dünyanın əsas terrorçusuna çevrilir. ABŞ hökuməti onun başına 5 milyon dollar mükafat qoyub. Livanlı terrorçu hələ də azadlıqdadır.

 

Abdulla Əhməd Abdulla – “Əl Qaidə” qruplaşmasında yüksəsk vəzifə tutan terrorçudur. Əhməd Abdulla 1994-cü ildən Somali, Yəmən və Misirdə terror aktivliyinə görə axtarışa verilib. Hesab olunur ki, 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərində partlayışların əsas təşkilatçısı da məhz odur. Abdulla Üsəma Ben Ladenin ən yaxın çevrəsindən olub. “Dünyanın bir nömərli terrorçu”su kimi ABŞ onun başına 10 milyon dollar təyin edib.

 

Fəhd İbn Məhəmməd Əl-Kuso – “Əl Qaidə Ərəbistan yarımadasında” qruplaşmasının lideri olub. O 2000-ci il oktybarın 12-də Yəmənin Ədən limanında ABŞ-a məxsus “USS Cole” gəmisində törədilən terror aktının əsas təşkilatçısıdır. Bomb a yüklü katerin gəmiyə çırpılması zamanı 17 amerikalı hərbçi ölmüş, 39-u isə yaralanmışdı. Buna görə 2001-ci ilin 11 sentyabr terroruna qədər Əl-Kuso dünyanın “1 nömərli terrorçu”su hesab olunurdu. ABŞ ona görə 10 milyon dollar mükafat təyin etmişdi. Yəmənli terrorçu 2012-ci ilin mayında amerikalı xüsusi təyinatlılar tərəfindən öldürülmüşdü.

 

Üsəma Ben Laden – “Əl Qaidə” qruplaşmasının yaradıcısı və lideri. Səudiyyə Ərəbistanında anadan olan Üsəma Ben Laden 1998-ci ildə Keniya və Tanzaniyada ABŞ səfirliklərində partlayışlar törətməkdə təqsirli bilinir. Amma bütün dünya onu 2001-ci il 11 sentyabr günü Dünya Ticarət Mərkəzinin “əkiz bina”larının dağılması və 3 min insanın həyatdan getməsi ilə nəticələnən dəhşətli terror aktına görə tanıyır. Tarixin ən dəhşətli terror aktından sonra Ben Laden avtomatik olaraq dünyanın “1 nömrəli terrorçusau” halına gəldi. O yalnız 2011-c il mayın 2-də Pakistanın Abbatobad şəhərində amerikalı xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı öldürülüb.

 

Ayman Əz-Zəvahiri – “Əl Qaidə” qruplaşmasının ierarxiyasında 2-ci nüfuzlu şəxsdir. Əslən Misirdən olan Zəvahiri Ben Ladenin ən yaxın silahdaşı olub və onunla birgə əsas terror aktlarını planlaşdırıb. Əz-Zəvahiri 2012-ci ildə Liviyada ABŞ konsulluğuna hücumun əsas təşkilatçısı olub. Zəvahiri 2014-cü ilə qədər dünyanın “1 nömrəli terrorçusu” adını daşıyıb. 68 yaşlı terroçu hələ də azadlıqdadır. Onun başına ABŞ 25 milyon dollar mükafat qoyub.

 

Əbu Bəkr əl-Bağdadi – “İraq və Şam Dövləti” terror təşkilatının lideri olub. Bağdad Univerostetində dini təhsil alan Bağdadi 2014-cü ildə Mosul şəhərində yeni radikla-dini dövlətin yaradıldığını elan edir. Onun rəhbərliyi alıtnda İŞİD İraq və Suriyada geniş ərazilər zəbt etsə də, sonradan ABŞ-ın başçılıq etdiyi koalisiya, İraq və Suriya hökumət qüvvələri və s. hərbi təzyiqi ilə geniş ərazilər itirdi.  (modern.az)

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı