"Sülh çeşməsi" əməliyyatımızı qınayanlarla Yəməndə edilənləri müqayisə etsək, o zaman həqiqətən deyiləcək çox söz var. Biz hərəkatı terror təşkilatına qarşı apardıq.
Eurasia Diary xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Sizin (Səudiyyə Ərəbistanı və BƏƏ) Yəməndə nə işiniz var? Yəmənə girdiniz, məhv etdiniz. Öncə bunların hesabını versinlər", - Çavuşoğlu qeyd edib. (axar.az)