Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Eurasia Diary “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnaməni müzakirə ediblər.
Xarici siyasət idarələrinin rəhbərləri Suriyadakı vəziyyət barədə də danışıblar.
Xatırladaq ki, oktyabrın 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Buna cavab olaraq ABŞ-ın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan isə bu ay Vaşinqtona planlaşdırılan səfərinin sual altında olduğunu bəyan edib.(Azvision.az)