Rusiyanın Kemerovo vilayətinin Kisilyovsk şəhərinin eks-meri Sergey Lavrentyevin güllələndiyi anın görüntüləri yayılıb.
Eurasia Diary xəbər verir ki, “REN TV”-nin yaydığı məlumata görə, hadisə 1 noyabr gecə saatlarında baş verib.
Təhlükəsizlik kameralarına düşən görüntülərdə bir neçə silahlı şəxsin sabiq merin Verx-Çumış qəsəbəsində yerləşən şəxsi evinin ərazisinə girdikləri görünür.
Onları məmurun həyat yoldaşı görüb və bu barədə ərinə bildirib. Lavrentev isə ov tüfəngini götürərək həyətə çıxıb və nəticədə, atışma olub.
Eks-mer ölümcül yaralanıb, lakin ölümündən əvvəl cinayətkarlardan birini yaralaya bilib. O, hadisə yerindəcə ölüb.
Qeyd edək ki, Sergey Lavrentyev 16 il Kisilyovskun meri olub. O, postu öz istəyi ilə 2018-ci ildə tərk edib.(Qafqazinfo)