Mütəxəssislər İngiltərənin Esseks qraflığında yük maşınında tapılan həlak olmuş miqrantların əksəriyyətinin kimliyini müəyyənləşdiriblər. Ölənlər arasında yalnız çinlilər deyil, Vyetnam vətəndaşları da var.
Eurasia Diary RİA “Novosti”ə istinadla bildirir ki, bu barədə qraflığın polis idarəsi məlumat yayıb.
Xatırladaq ki, yük maşını Belçikadan Böyük Britaniyaya oktyabrın axırında gəlib. Maşında 39 meyit aşkar edilib. Qətllə bağlı şübhəli qismində yük maşınının sürücüsü - Şimali İrlandiyadan olan 25 yaşlı Moris Robinson və 23 yaşlı İmon Harrison da daxil olmaqla beş nəfər saxlanılıb.
Polis ölənlərin şəxsiyyətini müəyyənləşdirməyi davam edir.(oxu.az)