Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov prezidentlik müddəti bitdikdən sonra vəzifəsindən ayrılacağını deyib.
Eurasia Diary-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Qırğızıstan Prezidenti bu barədə jurnalistlərlə qeyri-formal görüşündə deyib.
“Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam. Dövləti və ya yaxınlarımı seçməliydim. Seçimimi etdim, mən Qırğızıstan xalqını seçdim”, – deyə o bildirib.
Prezident qeyd edib ki, o, qanun və xalq qarşısında təmizdir və prezidentliyi müddətindəki bütün əməllərinə görə cavab verməyə hazırdır.
Qırğızıstan Konstitusiyasına görə, prezident 6 il müddətinə ancaq bir dəfə seçilir. Jeenbekovun andiçmə mərasimi 2017-ci ilin noyabr ayında keçirilib.(apa.az)