PKK-dan Ərdoğana qarşı yeni plan: - Ermənilər də daxil edildi | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


PKK-dan Ərdoğana qarşı yeni plan: - Ermənilər də daxil edildi

Dünya A- A A+

PKK terror təşkilatı Suriyada Türkiyəyə qarşı fəaliyyətini gücləndirmək üçün yeni planın icrasına başlayıb.

Eurasia Diary-nin məlumatına görə, bununla bağlı “Yeni Şafak” nəşri məlumat yayıb.

“Türkiyə Silahlı Qüvvələri və Suriya milli ordusu xristianları qətlə yetirir” təxribatının izində olan PKK terrorçuları Hasekenin Tel Temr qəsəbəsində süryaniləri döyüşlərin davam etdiyi bölgələrə köçürüb. Terrorçular xristian qrupların döyüş bölgələrinə köçürülməsinin davam edəcəyini bildiriblər.

Bundan başqa, ötən aprel ayında Tel Temrdə qurulan “Nubar Ozanyan” adı verilən erməni “tabor”u da bu planda yer alıb. 1915-ci ildə Suriya və Liviyaya köçürülən ermənilərin nəvələrindən qurulmuş “tabor” da döyüş xəttinə yerləşdirilib.

Məlumata görə, erməni “tabor”unun bir hissəsi Rasulayna aparılsa da, ABŞ-ın təkidi ilə Tel Temrə qədər geri çəkilib.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...