Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ədalətli məhkəmə prosesinin keçirilməsini tələb edib.
Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezident hakim Anna Danibekyana müraciət edib.
“Mən ölkədə baş verən hər şeyə görə ittiham olunuram. Digər tərəfdən, məhkəmə sistemi, həmçinin, Konstitusiya Məhkəməsi ətrafında baş verənləri görürük. Hakimlərin necə ağır durumda qaldıqlarını görürəm. Onlar hüquq sistemi və öz vicdanları arasında seçim etməlidir”-deyə Koçaryan məhkəmədə deyib.
Xatırladaq ki, 2008-ci il 1 mart hadisələri zaman konstitusion quruluşu devirməkdə təqsirli bilinən Robert Koçaryan barədə hökm noyabrın 7-də saat 10:00-da veriləcək.(Modern.az)