Ermənistanda tələbələr ayağa qalxdı: - nazirin istefası tələb olundu | Eurasia Diary - ednews.net

21 Noyabr, Cümə axşamı


Ermənistanda tələbələr ayağa qalxdı: - nazirin istefası tələb olundu

Dünya A- A A+

İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri etirazlara başlayıblar.

Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, Nazirliyin “Erməni dili”, Ermənistan tarixi” və “Ermənistan ədəbiyyatı” fənlərini universitetin tədris proqramından çıxarması etirazlara səbəb olub.

Tələbələr təhsil, elm, mədəbiyyət və idam naziri Araik Arutunyandan tələbələrin fikrini nəzərə almayacağı təqdirdə parlament, hökumət və təhsil nazirliyi qarşısında aksiya keçirəcəklərinə xəbərdar ediblər.

“Əgər belə davam etsə, Araik Arutunyan necə gəlmişdisə, elə də gedəcək. Hazırda onun yeganə xidməti Gümrü-Yerevan istiqamətində piyada gəzintidir”-deyə tələbələrdən biri deyib.

Xatırladaq ki, nazir Arutunyan qeyri-humanitar sahələr üzrə tələbələrə bu fənlərin məcburi deyil, seçim yolu ilə keçirilməsini təklif edib.(Modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...