İran uranı 5%-ə qədər zənginləşdirməyə başlayacaq | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


İran uranı 5%-ə qədər zənginləşdirməyə başlayacaq

Dünya A- A A+

İran tərəfi noyabrın 6-dan Fordodakı obyektdə uranın 5%-ə qədər zənginləşdirilməsinə başlayacaq.

Eurasia Diary xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

Təşkilatın rəhbəri deyib: "Sabahdan etibarən Fordodakı müəssisədə uranı 5% -ə qədər zənginləşdirəcəyik".

Salehi əlavə edib ki, nüvə sazişinin bağlanmasından əvvəl İran Fordoda uranı 20% -ə qədər zənginləşdirdi: "Bu gün 20%-ə qədər zənginləşdirilmiş kifayət qədər uran ehtiyatımız var".

O, həmçinin urandan əlavə, Fordoda sabit izotopların da zənginləşdiriləcəyini deyib.(trend)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...