Ərdoğan açıqladı: - “Əl-Bağdadinin adamları əlimizdədir” | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Ərdoğan açıqladı: - “Əl-Bağdadinin adamları əlimizdədir”

Dünya A- A A+

Macarıstanda işgüzar səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında maraqlı açıqlamalar verib. O, öldürülən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin bacısını və onun həyat yoldaşını da saymaqla ümumilikdə 13 nəfər yaxınını ələ keçirdiklərini bildirib.

Eurasia Diary xəbər verir ki, Ərdoğan Macarıstanın baş naziri Viktor Orbanla birlikdə iştirak etdiyi mətbuat konfransında terror təşkilatının rəhbərindəın danışıb. Türkiyə prezidenti “Əl-Bağdadinin adamları əlimizdədir” ifadəsini işlədib. Onun sözlərinin görə, İŞİD liderinin yaxın çevrəsindən 13 nəfəri ələ keçirə biliblər.

Ərdoğan indiyə qədər 3 minə qədər İŞİD üzvünü sıradan çıxardıqlarını söyləyib. Təxminən 1150 terrorçu da Türkiyə həbsxanalarındadır.

Ərdoğan mətbuat konfransında daha çox Macarıstanla iqtisadi əlaqələrdən söz açıb.(Bizimyol.info)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...