Seçkidə rekord: qəsəbə səsverməni 32 saniyəyə bitirdi - YENİLƏNİB | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Seçkidə rekord: qəsəbə səsverməni 32 saniyəyə bitirdi - YENİLƏNİB

Dünya A- A A+

Bu gün İspaniyada parlament seçkiləri keçirilir. Bu, dörd il ərzində dördüncü, bu il ərzində isə ikinci vaxtından əvvəl keçirilən seçkidir

İspaniyanın Vilyarroya qəsəbəsində (Rioxa muxtar cəmiyyəti) növbədənkənar parlament seçkiləri cəmi 32 saniyə çəkib.

Eurasia Diary bildirir ki, bu yaşayış məntəqəsində cəmi 8 seçici var və onlar hər dəfə yeni rekord qırmağa çalışırlar. Bu qədər tez vilyarroyalılar hələ səs verməmişdilər. Axırıncı dəfə belə sürətli səsvermə burada 4 il əvvəl qeydə alınmışdı. O zaman onlar bunun üçün 42 saniyə sərf etmişdilər. Bu il aprelin 28-də isə səsvermə dəqiqə yarım davam etmişdi.

Tez səs vermək üçün Vilyarroya sakinləri hazırlıqlardan yarım saat öncə məntəqədə toplanırlar. Bu dəfə isə əvvəlcədən növbəyə də düzülüblər. Seçicilər bülletenləri qutuya atan kimi meriyanın katibəsi Klara Martines seçki komissiyasına zəng vuraraq səsvermənin bitdiyi barədə hesabat verib. (Sputnik Azərbaycan)

***

Bu gün İspaniyada son 4 ildə dördüncü dəfə parlament seçkiləri keçirilir.

Eurasia Diary xarici KİV-ə istinadən məlumat verir ki, seçkilərdə 5 partiya iştirak edir.

Baş Nazir vəzifəsini icra edən Pedro Sançes 2019-cu ilin aprelində keçirilən səsvermədən sonra parlamentdə yer alan partiyalar arasında ziddiyyətləri aradan qaldıra bilmədiyi üçün yeni seçkilərin keçirilməsini vacib sayıb.

Sosioloji sorğular ölkədə siyasi sabitliyin mövcud olmadığını göstərir. Bununla belə, bu seçkilərdə də sosialistlərin qələbəsi proqnozlaşdırılır. Amma hər hansı partiyanın 350 deputatın olduğu parlamentdə çoxluğa nail olacağı gözlənilmir.

Təhlükəsizlik qüvvələri Kataloniyada seçkilərin təhlükəsiz keçirilməsini təmin edir. Hakimiyyət regionun müstəqilliyini dəstəkləyənlərin seçkilərə müdaxilə etməsi ehtimalından narahatdır. Ekspertlər Kataloniyada iğtişaşların sosialistlərin deyil, “Voks” Milli-Mühafizəkar Partiyasının reytinqini artırdığını bildirirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...