Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir

Dünya A- A A+

Türkiyə Cümhuriyyətinin qurucusu, türk millətinin ulu öndəri Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü ölkədə müxtəlif tədbirlərlə qeyd edilir.

Eurasia Diary Azərtac-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət rəsmiləri, siyasi partiyaların nümayəndələri Anıtqəbirə gələrək Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər.

İstanbulun Taksim Meydanında Mustafa Kamal Atatürkün xatirəsini anma mərasimi keçirilib.

Ulu Öndərin vəfat etdiyi yerli vaxtla saat 09.05-də ölkədə bir dəqiqəlik sükut elan edilib, İstiqlal Marşı səsləndirilib.

Türkiyə Cümhuriyyətinin qurucusunun Dolmabağça Sarayındaki otağında da mərasim keçirilib.

Yeli vaxtla səhər saat 07.00-dan etibarən vətəndaşlar Dolmabağça Sarayına axın edir. Sarayın qarşısında səhər saatlarından etibarən uzun növbələr müşahidə olunur.

Bundan başqa, Türkiyə Böyük Millət Məclisində də Atatürkü anma mərasimi keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...