Ankara Hüquq Məhkəməsi CHP lideri Kamal Kılıçdaroğlunu, 17.07.2018 tarixli toplantıda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlətdiyi üçün 50 min TL (16 min AZN) məbləğində mənəvi zərərə görə təzminat ödəməlidir.
Eurasia Diary xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyin Aydın Twitterdə paylaşım edib.
Qeyd edək ki, iddiaçı tərəf mənəvi zərərə görə 1 mln. TL tələb edirdi. Məhkəmə isə 50 min TL ödənilməsinə dair qərar verib.