Ermənistan Avropa İttifaqına üzv olacaq? - Paşinyan cavablandırdı | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


Ermənistan Avropa İttifaqına üzv olacaq? - Paşinyan cavablandırdı

Dünya A- A A+

Ermənistan baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Paris Sülh Forumunu ziyarət edib.

Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, amerikalı jurnalist Paşinyana ölkəsinin Avropa Birliyinə üzvlüyü ilə bağlı sual verib.

“Düşünmürəm ki, Avropa Birliyinə üzv olacağıq. Çünki Avrasiya İqtisadi Birliyinə üzvük. Münasibətləri bu təşkilatda inkişaf etdirmək niyyətindəyik. Bu iqtisadi birlik bizim üçün çox önəmlidir. Ona görə bu tip gündəlik planda yoxdur”- deyə Paşinyan cavab verib.(Modern.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...