Əfqanıstanda partlayış törədilib - Ölən və yaralananlar var | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


Əfqanıstanda partlayış törədilib - Ölən və yaralananlar var

Dünya A- A A+
Əfqanıstan DİN-in binası yaxınlığında partlayış olub. Eurasia Diary xəbər verir ki, bu barədə "Tolo News" agentliyi məlumat yayıb. Məlumata görə, hadisə ölkənin Daxili İşlər Nazirliyinin binası yaxınlığında qeydə alınıb. Nazirliyin nümayəndəsi Nasrat Rahimi bildirib ki, partlayış zamanı azı 7 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb. Daha əvvəl "Pajhwok Afghan News" partlayış zamanı 2 nəfərin həlak olduğunu, daha 5 nəfərin xəsarət aldığını xəbər verib. Hadisənin təfərrüatları açıqlanmır. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...