Almaniyanın məhşur jurnalı - Rusiyanın yeni silahından yazdı - VİDEO | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Almaniyanın məhşur jurnalı - Rusiyanın yeni silahından yazdı - VİDEO

Dünya A- A A+
Rusiya ordusu yeni TOS-2 ağır oqnomyot sistemlərini orduya daxil edəcək. 
 
Eurasia Diary xəbər verir ki, Moskvanın Qırmızı Meydanında keçiriləcək Qələbə Paradında yeni döyüş maşınlarının nümayiş ediləcəyi gözlənilir. 
 
TOS-2 öz sələf sistemlərinin dəyişdirilmiş formasıdır (TOS-1 və TOS-1A). Artıq Rusiyadan kənarda bu hərbi yenilik haqqında danışmağa başlanıb. 2018-ci ildə, hələ silah tam istehsal olunmamış Almaniyanın "Stern" nəşri TOS-2 haqqında məqalə dərc edib. Almanlar Suriyada istifadə edilən TOS-1A "Solnçepek”i həmin yeni silah olaraq zənn ediblər.
 
TOS-2-yə gəlincə, əvvəlcə bu sistemin "Tosoçka" adlandırılması planlaşdırılıb. Onun taktiki və texniki xüsusiyyətləri təkmilləşdirilib. Sistem təkərlər üzərində hərəkət edəcək. Texnikanın səhrada istifadə edilməsi təcrübəsinə əsaslanaraq belə bir qərar verilib.
 
 

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...