Rus deputat ermənilərin hədəfinə çevrildi - Qaregin Njdenin xatirə lövhəsini qaralayıb - FOTO | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Rus deputat ermənilərin hədəfinə çevrildi - Qaregin Njdenin xatirə lövhəsini qaralayıb - FOTO

Dünya A- A A+

Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.

Eurasia Diary-nin məlumatına görə, bunu Armavir şəhər dumasının deputatı Aleksey Vinoqradov edib.

Onun sözlərinə görə, noyabrın 11-də yerli hökumət orqanlarının xatirə lövhəsinin sökülməsi üçün qoyulan ikihəftəlik müddət başa çatıb.

Deputat əvvəllər də vurğulamışdı ki, xatirə lövhəsi sökülməyəcəyi təqdirdə o, fərdi şəkildə bu məsələni həll edəcək.

Məsələ öz həllini tapmadığı üçün A.Vinoqradov fəal vətəndaş mövqeyi nümayiş etdirərək lövhəni qara rənglə boyayıb:

“Üçüncü reyxlə əməkdaşlıqla ləkələnən şəxslərə abidələr qoyulması alman-faşist işğalçıları ilə mübarizə aparmış xalqa təhqirdir. Əgər Qaregin Njde qəhrəmandırsa, onda ona xatirə lövhəsi qoyanlar kimdir?” 

Hadisə ilə bağlı Krasnodar diyarında yaşayan çoxsaylı erməni icması deputatı hədəf alıb, onu cəzalandıracaqlarını bildiriblər.

Image result for Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...