Qazaxıstan Senatının spikeri Dariqa Nazarbayeva İrəvana gedib.
Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Senatının Mətbuat Xidməti yayıb. Səfər Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın dəvəti əsasında baş tutub.
Onun İrəvanda spiker Ararat Mirzoyan, Baş nazir Nikol Paşinyan və Prezident Armen Sərkisyanla görüşü gözlənilir.(axar)