“Heç bir lider Ərdoğan qədər istədiyini əldə edə bilmədi...” - CNN | Eurasia Diary - ednews.net

15 Dekabr,


“Heç bir lider Ərdoğan qədər istədiyini əldə edə bilmədi...” - CNN

Dünya A- A A+
Türkiyə prezidenti Ərdoğanən Ağ evdə ABŞ prezidenti Donald Tramla görüşü ABŞ mediasında gündəm olub. 
 
Eurasia Diary xəbər verir ki, mediada “Heç bir lider Ərdoğan qədər istədiyini əldə edə bilmədi” başlıqlı yazılar yer alıb. Ağ ev müxbiri Maykl Kroulinin “New York Times” qəzetindəki yazısında isə “Mən onun böyük fanatıyam, Tramp Ərdoğanı isti qarşıladı” başlıqlı sözləri yer alıb. 
 
“New York Times” qəzetində yer alan yazıda isə “Türk prezidentin səfərindən ABŞ tam olaraq nə əldə etdi?” sualına yer verilib. Danışıqların çox yaxşı və səmərli keçdiyi deyilən görüşdə, S-400 məsələsinin həll edilmədiyi bildirilir. 
 
CNN-nin Ağ ev müxbiri Kevin Liptak isə ABŞ prezidenti Trampın güclü liderlərə yaxınlıq göstərməsini gündəmə gətirib. Məqalədə ən diqqət çəkən açıqlama isə “Ancaq heç bir lider Ərdoğan qədər Trampdan istədiyini əldə edə bilmədi” ifadəsi olub.(moderator.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...