Şimali Kipr Türk Respublikası 36 yaşını qeyd edir | Eurasia Diary - ednews.net

15 Dekabr,


Şimali Kipr Türk Respublikası 36 yaşını qeyd edir

Dünya A- A A+
15 noyabr 1983-cü ildə qurulan Şimali Türl Respublikasının qurulması kipr türk xalqlarının adada siyasi həyatlarını dünyaya elan etdikləri əhəmiyyətli bir mərhələ idi.
 
Eurasia Diary xəbər verir ki, bu münasibətlər Atatürkün abidəsinin qarşısında mərasim təşkil edilib. ŞKTR-nın Prezidenti Mustafa Akıncı və Vitse-Prezident Fuad Oqtay Atatürkün abidəsi önünə gül çələngi qoyub.
 
Vitse-Prezident xatirə kitabına bunları yazıb:  
 
“Şimali Kipr Türk Respublikasının qurulmasının 36-cı ildönümünü kipr türk qardaşlarımızla birlikdə qeyd etməkdən qürur duyuruq. Kipr türkünün bərabər haqq və azadlıq yolundakı qərarlı duruşu nəticəsində qurulan Şimali Kipr Türk Respublikası, günü-gündən güclənməkdə, milli iddiada ana vətən Türkiyə ilə çiyin-çiyinə irəliləməkdədir. Türkiyə Respublikasının, bu gün olduğu kimi gələcəkdə də kipr türkü qardaşlarımızın yanında olma dayanıqlılığını hüzurunuzda bir daha təsdiq edir, əziz xatirənizi hörmətlə anırıq. Qoy ruhunuz dinc olsun. ”
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...