ABŞ Rusiyaya buna görə 4 milyard ödədi | Eurasia Diary - ednews.net

15 Dekabr,


ABŞ Rusiyaya buna görə 4 milyard ödədi

Dünya A- A A+

ABŞ astronavtlarının Rusiyanın “Soyuz” gəmilərində daşınması üçün 4 milyard dollara yaxın vəsait xərcləyib.

Eurasia Diary xəbər verir ki, bu barədə NASA-nın Baş inspektoru Pol Martinin hesabatında deyilib.

“NASA 2019-cu ilin iyulunda “Soyuz” gəmilərində amerikalı və tərəfdaş ölkələrin astronavtlarının stansiyaya və Yerə çatdırılması üçün dəyəri 3.9 milyard dollar olan 70 yer alıb”, - hesabatda deyilib.

Bununla belə hesabatda qeyd edilib ki, son 20 ildə Rusiyanın “Soyuz” gəmilərinin və ABŞ-ın “Speys Şatl”larının beynəlxalq kosmik stansiyaya 85 idarə olunan uçuşu həyata keçirilib. 239 astronavt və kosmonavt stansiyada olub.(axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...