Yerəvana ayaq basdı, qarət olundu - Rusiya vətəndaşı | Eurasia Diary - ednews.net

15 Dekabr,


Yerəvana ayaq basdı, qarət olundu - Rusiya vətəndaşı

Dünya A- A A+

Yerevanın hava limanında Rusiya vətəndaşı qarət olunub.

Ermənistanın paytaxtı Yerevanın “Zvartnos” beynəlxalq hava limanında Rusiya vətəndaşının 1,9 milyon dram (6 min 764 manat) dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Eurasia Diary “Panorama”ya istinadən xəbər verir ki, qarət edilən Moskva-Yerevan reysinin sərnişini olub.

Bildirilib ki, əməliyyat nəticəsində oğurluqda hava limanının 3 əməkdaşı şübhəli şəxs qismində tutulub. Oğurlanmış əşyalar müsadirə olunub. Hadisə ilə bağlı cinayət işi açılıb. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...