Gürcüstan iqtidarına növbəti zərbə - Daha bir istefa | Eurasia Diary - ednews.net

15 Dekabr,


Gürcüstan iqtidarına növbəti zərbə - Daha bir istefa

Dünya A- A A+

Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava deputat mandatından imtina edib.

Eurasia Diary xəbər verir ki, Sofia Katsarava bu barədə “Facebook” səhifəsindən məlumat verib.

Katsarava qəbul etdiyi qərarın onun üçün çətin olduğunu qeyd edib:

“Fikrimcə, parlament mandatından imtina etmək yeganə düzgün qərardır. Komanda üzrə keçmiş yoldaşlarımın hər birinə təşəkkür edirəm və böyük uğurlar arzu edirəm”. 

Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin qəbul olunmamasından sonra S.Katsarava və bir neçə deputat hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunu tərk edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...