Ötən il Kerç boğazında Ukraynanın provokasiyası nəticəsində saxlanılan 3 gəminin Kiyevə qaytarılmasını Moskva şübhə altına qoymurdu.
Eurasia Diary axar-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
“Heç vaxt Ukrayna gəmilərinin qaytarılmasının mümkünlüyünü inkar etməmişik. Hələ iyun ayında bu barədə Ukrayna səfirliyinə məlumat verilmişdi”, - deyə bildirilib.
Qeyd edək ki, Rusiya Kerçdə ələ keçirdiyi 3 gəminin Kiyevə qaytarılması barədə qərar verib.