İranın 8 vilayətində məktəblər bağlandı - Müvəqqəti | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


İranın 8 vilayətində məktəblər bağlandı - Müvəqqəti

Dünya A- A A+

İranın 8 vilayəti və onun rayonlarında bir çox məktəb yağış, qar və hava çirklənməsi səbəbindən fəaliyyətini dayandırıb.

Eurasia Diary trend-ə istinadən xəbər verir ki, İranın bəzi vilayətlərində dərs saatları təxirə salınıb.

İranın Buşehr vilayətində güclü yağışlar, Çahar-Mahal və Bəxtiyari, Mərkəzi, İsfahan, Kohgiluyə və Buyir-Əhməd, Əlborz vilayətlərində qar və şaxta, Xuzistan vilayətində hava çirklənməsi nəticəsində bir sıra məktəblər fəaliyyətini dayandırıb.

İranın Fars vilayətinin Şiraz şəhərinin təlim, təhsil və universitetləri baş idarəsinin rəsmiləri bildiriblər ki, şəhərin bütün məktəb və universitetləri bu gün bağlıdır. Səbəb benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda məktəbli və tələbələrin təhlükəsizliyidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...