Tehranda dövlət binaları YANDIRILDI | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


Tehranda dövlət binaları YANDIRILDI

Dünya A- A A+

İranda benzin artımına qarşı nümayişlər davam edir.

Eurasia Diary "Mehr" agentliyinə istinadən xəbər verir ki, Tehranın qərbindəki Melerd, Şəhriyar, Emiriye və Qüds rayonlarında poçt mərkəzləri, bank filialları, dövlətə məxsus binalar və müəssisələr yandırılıb.

Qüds bölgəsində davam edən nümayişlər zamanı Sebaşehr qəsəbəsində məscid, Tehranın mərkəzində təhlükəsizlik qüvvələrinə məxsus avtobus yandırılıb.

Melerddə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında yaşanan insidentdə bir təhlükəsizlik işçisi öldürülüb.

Şiraz, İsfahan və Kerecin əsas küçələri nümayişçilər tərəfindən qurulmuş barrikadalarla nəqliyyatın hərəkəti üçün bağlanıb.

Sosial mediada paylaşılan görüntülərdə İran lideri Əli Xameneinin İsfahan mərkəzindəki afişası yandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...