Tbilisidə parlament binası ətrafında keçirilən etiraz aksiyasının dağıdılması zamanı saxlanılanların sayı 37 nəfərə çatıb.
Eurasia Diary apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aksiyanın dağıdılması zamanı 6 nəfərin də xəsarət aldığı bildirilib. Onlardan ikisi polisdir.