Eurasia Diary xəbər verir ki, İranda irimiqyaslı etirazlara səbəb olan benzin qiymətinin artmasından sonra elan edilən sosial yardımın ilk mərhələsində milyonlarla ailəyə 55 min tümən (8,2 manat), ilə 205 min tümən (30,3 manat) nağd pul şəkildə təzminat verilməsinə başlanıb.
İran Milli Neft Məhsulları Tədarükü Şirkətinin daha əvvəl verdiyi açıqlamaya görə, dövlət subsidiya edilən benzinin litri ayda 60 litrə qədər min tüməndən (50 qəpik) min 500 tümənə (75 qəpik) qədər artırılmışdı. Bir ayda bir avtomobilə 60 litrdən çox benzin alınması halındaysa benzinin qiyməti 3 min tümənə qədər (1,5 manat) qaldırılmışdı.