İran prezidenti açıqlama verdi: - "Təbriz və Zəncan şəhərləri..." | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


İran prezidenti açıqlama verdi: - "Təbriz və Zəncan şəhərləri..."

Dünya A- A A+

İran xalqı başqa bir tarixi sınaqdan başıuca çıxdı.

Eurasia Diary-nin məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, İran xalqı bütün iqtisadi problemlər fonunda düşmən dəyirmanına su tökülməsinə icazə vermədi.

"İran vətəndaşlarının iğtişaşçılara qarşı Təbriz və Zəncan şəhərlərindən başlayan və digər şəhərlərdə keçirilməkdə olan könüllü aksiyaları onun qüdrətini, ayıq-sayıqlığını, hakimiyyətlə həmrəy olduğunu əks etdirir".

Qeyd edək ki, son günlərdə İranda benzinin qiymətinin bahalaşmasına görə, bir sıra dinc etirazlar baş verib. Etirazlar bəzi hallarda iğtişaşla nəticələnib. 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala qədər (təxminən 0,71 dollar) bahalaşıb.(trend)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...